MESAFE
MESAFE
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

SERDAR ORTACLA HAYAT GUZEL


Bağlı değilsiniz. Bağlanın ya da kayıt olun

UREYIMIZI DAGA DONDERDIN MUBARIZ!!!!!!!!!!!!

Aşağa gitmek  Mesaj [1 sayfadaki 1 sayfası]

1UREYIMIZI DAGA DONDERDIN MUBARIZ!!!!!!!!!!!! Empty UREYIMIZI DAGA DONDERDIN MUBARIZ!!!!!!!!!!!! Paz Ağus. 22, 2010 8:20 am

Ruzgar

Ruzgar
Süper Moderatör
Süper Moderatör

[] e gibi okuyunuz





İllərdir dostlar, tanışlar məni görəndə “niyə fikirlisən” deyə soruşur. Bəzilərinə başa sala bilir, bəzilərini isə anlada bilmirdim ki, vətən torpağı işğaldadırsa, bir döyüşçünün, hərbçinin üzü necə gülsün? Yalnız ümidlər bizi və biz də ümidləri yaşadırdıq ki, o gün gələcək. Qələbə günü...


Qələbə gününü biz döyüşçülər daha çox istəyirik. Çünki birinci Qarabağ savaşında qanı Vətən torpağına axan şəhid qardaşlarımızın ruhu bizi rahat buraxmır. Tez-tez yuxumuza girir, “qanımız yerdə çoxmu qalacaq” deyə sual edirlər. Əlbəttə, bu qan yerdə qalmayacaq. Çünki bizim Mübariz İbrahimov kimi oğullarımız, Milli Qəhrəmanımız var!...
UREYIMIZI DAGA DONDERDIN MUBARIZ!!!!!!!!!!!! 16340
Hər dəfə döyüş əməliyyatlarını yada saldıqda çiyin-çiyinə döyüşdüyüm, vətən yolunda şəhid olan igidlərimizi göz önündə canlandırmağa çalışıram. Onların sırasında misilsiz igidliklərinə görə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş Milli Qvardiyanın Alay Komandiri Əfqan Hüseynov, Milli Ordunun ilk komandirlərindən biri olan Şirin Mirzəyev, Allahverdi Bağırov, Əlif Hacıyev, Səfərəli Məmmədov, Vəzir Orucov da var. Bu cəsur döyüş yoldaşlarımla xəyalımda tez-tez söhbət edirəm. Bəlkə mənə elə gəlir, amma bəzən onların ruhları ilə təmasda olduğumu düşünürəm. Axı bu Milli Qəhrəmanlarla biz duz-çörək kəsmişik, ağır döyüşlərdə birlikdə iştirak etmişik. Onlar bizi, biz onları unutmuruq. Bir fərq var, onlar şəhidlik zirvəsindədir, biz bu fani dünyada...
Bəzən də mənə elə gəlir ki, Vətənin igid cəngavərləri olan bu qəhrəmanlar qarşısında böyük günahım var. Axı uğrunda şəhidlik zirvəsinə yüksəldikləri vətən torpağının - Qarabağın bu günə kimi düşməndən azad olunmamasında hər bir vətəndaş kimi, mən də təqsirkaram. Amma nə edim, silahım əlimdən alınandan sonra döyüşçüdən cansız bir əşya parçasına çevrilmişəm. Xəyalımda obrazları canlanan bu can dostlarımın, bu misilsiz qəhrəmanların ruhu qarşısında başıaşağı gəzməyə zəmanə və reallıqlar məni məcbur edib. Amma çox da bədbin deyiləm, bir gün biz yenə döyüşəcəyik. Vətən uğrunda, ideya uğrunda...
UREYIMIZI DAGA DONDERDIN MUBARIZ!!!!!!!!!!!! 16338
Biz heç də zəif, məğlub ola bilmərik! Mətbuatda, internetdə düşmən ordusunun komandanlığının sərsəm açıqlamalarına bir hərbiçi zabit kimi inanmıram. Vətənimin güclü ordusu ilə yanaşı, əjdaha kimi oğlanları, cəsur döyüşçülərinin olduğuna əmin olsam da, qəlbimin dərinliklərində narahatlıq hissi keçirdirdim, fikirli gəzirdim. Axı zaman keçdikcə Qarabağın bizdən daha çox uzaqlaşdığı barədə deyilənlərlə də razılaşmamaq olmur. Lakin artıq ürəyim dağa dönüb, üzüm gülür! Əminliyim 100 faizdir. Düşmən üzərində qələbə gününün uzandığı bir vaxtda Azərbaycan ordusunun şanlı bir döyüşçüsü, gənc Mübariz İbrahimovun düşmənin xəyalına belə gəlmədiyi bir tərzdə göstərdiyi şücaət xalqımızın yatmış sinirlərini oyatdı. Küçədə, parkda, ictimai yerlərdə insanlara diqqət edirəm. Hər kəs düşmənə qarşı köklənib. Hər bir vətəndaş Mübariz İbrahimovun qanını almaq üçün çağırış edir. Mübariz İbrahimov Qarabağ haqda düşüncələri təzələdi. Mənim təki vətənin gələcəyindən narahatçılıq keçirən milyonlarla insanın bədbinliyinin üstündən xətt çəkdi. İndi özümü bir daha xoşbəxt və tam rahat hesab edirəm ki, bu xalq, bu xalqın anaları Mübariz İbrahimov kimi igid azərbaycanlı balaları dünyaya gətirməyi bacarır. Mübariz öz igidliyi ilə Azərbaycan ordusunun simasını ortaya qoydu.
Azərbaycan Respublikası prezidenti tərəfindən Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi də düşündüklərimizdən daha böyük işdir. Çünki bu bizim düşmənlərimizə, düşmənlərimizin dəyirmanına su tökənlərə, Azərbaycan xalqını güzəştli sülhə hazır etdikləri qənaətinə gələn bədxahlara ciddi bir mesajdır. Bu həm də Azərbaycan ordusuna göstərilən etimad, onun hər bir qulluqçusuna verilən qiymətdir.
Mübariz İbrahimovun igidliyi hər bir gəncə, tələbəyə, hər bir şagirdə, hər bir əsgərə örnək kimi göstərilməlidir. Bunu bizdən Vətən yolunda şəhid olan minlərlə övladlarımızın ruhu tələb edir. Bu gündən hər gün yüzlərlə Mübariz İbrahimova bənzər igidlərimiz yetişməlidir. Yoxsa tarix bizi bağışlamayacaq.

Sayfa başına dön  Mesaj [1 sayfadaki 1 sayfası]

Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz